Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxen görüşündən gözləntilər nədir?

Münxen görüşündən gözləntilər nədir?


"Münxendə iki dövlət rəhbərinin Almaniya kansleri Olof Şoltsun iştirakı və təklifi ilə baş tutan görüşünü uzun zamandan bəri gözlənilən görüş adlandırmaq olar".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın bu platformada iştirak etməkdən imtina etdiyi üçün yenidən Ermənistana bu platformada sülh müzakirəsi aparmağa şans verməsi İrəvan üçün vacib idi:

"Ermənistan daha çox Avropa platformasına meyl etdiyi üçün bu platformada özünü daha sərbəst hiss edir. Əslində bu platforma ikitərəfli müzakirələr baxımından Qərb və Rusiya platformalarından daha məqbul və mülayim platformadır. Burda tərəflərə daha məntiqli və sərbəst fəaliyyət üçün şərait yaradılır, tərəflər üzərində təzyiqlər olmur. İki tərəfin də qarşılıqlı istəklərini ifadə edilməsinə heç bir məhdudiyyət qoyulmur, öz mövqelərini tərəflərə yeritməyə çalışılmır".

Politoloq, "Görünən odur ki, tərəflər də sülh məsələsi üçün XİN-lərinə verdikləri tapşırıqlarla dialoqun davam etməsi üçün lazımı göstərişləri veriblər. Hesab etmək olar ki, tərəflər sülh prosesini məntiqi sonluğa çatdırmaq üçün bu görüşləri müsbət şəkildə istifadə etməyə çalışacaqlar. Ermənistan bu görüşləri vaxt qazanmaq məqsədilə istifadə etməyə səy göstərməyəcək",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş