Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib

Naxçıvanda subasmaya məruz qalan ərazilər təmizlənib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-dən Newscenter.az-a bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş