Qazaxıstan və Özbəkistan arasında ticarət dövriyyəsi yaxın illər ərzində ciddi şəkildə artacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astana və Daşkənd ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı hədəfləyib.
Astana və Daşkənd arasında ticarət dövriyyəsinin həcminin artırılması Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Astanaya rəsmi səfəri çərçivəsində də müzakirə edilib. Nazir deyib ki, Qazaxıstan Özbəkistanın üç ən böyük ticarət tərəfdaşından biridir.
"Son illərdə ikitərəfli ticarətin həcmi ardıcıl olaraq 4 milyard dolları ötüb. Sənaye kooperasiyası sahəsində mühüm irəliləyişlər əldə olunub. İndi ümumi dəyəri 156 milyon dollar olan 12 birgə layihənin icrasına başlanılıb. Bundan əlavə, biz 1 milyard dollar dəyərində 21 yeni layihə nəzərdən keçiririk. Qarşıdakı mühüm mərhələlərdən biri ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır”, - deyə nazir vurğulayıb.
Natiq Orucov