Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 20 il ərzində əlil dövlət qulluqçularının sayı təxminən 12 dəfə artıb

Son 20 il ərzində əlil dövlət qulluqçularının sayı təxminən 12 dəfə artıb


Son 20 il ərzində Türkiyədə əlil dövlət qulluqçularının sayı təxminən 12 dəfə artıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

Nazir bildirib ki, 2012-ci ildən indiyədək 42 min 537 əlil vətəndaş məmur vəzifəsinə təyin edilib:

"2002-ci ildə dövlət sektorunda çalışan əlil məmurların sayı 5 min 777 olduğu halda, son 20 ildə bu rəqəm təxminən 12 dəfə artaraq 68 min 396 nəfərə çatıb. Bu gün 2 min 392 nəfər məmur vəzifəsinə təyin ediləcək":

Əlillərin problemlərinin həllinin cəmiyyətin bütün təbəqələrinin ortaq anlayışla hərəkət etməsi ilə mümkün olacağını qeyd edən Göktaş, "Bu prosesdə bizə dəstək olan bütün qurumlara və onların nümayəndələrinə təşəkkür edirəm",-deyə bildirib.

Nərgiz Əzizova
Xəbəri paylaş