Bu ilin oktyabr ayında Türk Dövlətlərinin Ticarət Forumu keçiriləcək.
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin həmtəsisçisi və prezidenti Ruslan İmanzadə Newscenter.az-ın Mərkəzi Asiya bürosuna bildirib ki, forumun Türkiyənin İstanbul şəhərində keçirilməsi nəzərdə tutulur.
Ruslan Imanzadə deyib ki, bununla bağlı platforma formalaşdırılır və həmin prosesə də ATUİAB-ın Türkiyə ofisinin rəhbəri Aygün Əliyeva sədrlik edir:
"Türk Dövlətlərinin Ticarət Forumuna Azərbaycan və Mərkəzi Asiyadan iş adamları qatılacaq. İstanbul Ticarət Odaları Başqanlığı da bu işdə bizə dəstək verəcək".
Murtaza İmanzadə
Newscenter.az-ın Mərkəzi Asiya bürosunun rəhhbəri