Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ailə uşaqların tərbiyəsinə dəstək verməlidir

Ailə uşaqların tərbiyəsinə dəstək verməlidir


2019-cu ildə Elina adlı bir balamız bulling nəticəsində intihar etdi. Cəmiyyət bu sözlə ilk dəfə onda tanış oldu. Dönəmin təhsil naziri Ceyhun Bayramovun göstərişi ilə bu məsələdə günahkar olan hər kəs məktəbdən xaric olundu, direktor işdən çıxarıldı, barəsində cinayət işi başlandı.
Mediada Nazirliyi hədəf alan qərəzli yazılar həddən artıq artmışdı və bilinirdi ki, əsas məqsəd nədir. Lakin, Nazirlik mövqeyini qətiyyən yumşaltmadı və bildirildi ki, ailə uşağı bizə etibar edir göndərir. Həmin dövrdə direktor işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdi və Nazirliyin mövqeyini mən müdafiə edirdim.

Hakim bildirirdi ki, direktoru işdən çıxarmağa tələsmisiniz, mən də bildirdim ki, Elinanın başına gələnləri Nazirlik olaraq ən yaxınlarımızın başına gəlmiş kimi qiymətləndiririk, Nazirlik bütün məktəblərə, şagirdlərə nəzarət edə bilməz. Lakin, ilk üzləşdiyimiz problemi ən sərt şəkildə həll etməlidir! İndi də bu fikirdəyəm, ailə uşaqların tərbiyəsinə dəstək verməlidi, cəmiyyət nəzarət etməlidi, nöqsanlara yol verən cəzalanmalıdır.

Bəhruz Müslümov
Xəbəri paylaş