Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan turim şirkəti Moskvada keçiriləcək sərgiyə qatılacaq

Azərbaycan turim şirkəti Moskvada keçiriləcək sərgiyə qatılacaq


Mart ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək turizm sərgisində Azərbaycanın ən böyük tur operatorlarından "Zakher Travel" şirkəti də təmsil olunacaq.

Bu barədə məlumatı Newscenter.az-a şirkətin rəhbəri Cəfər Qara verib. Bildirib ki, "Zakher Travel" şirkətinin sərgidə iştirakı üçün Qırğızıstan tərəfi öz stendində yer ayırıb:

“Bu barədə razılıq bu günlərdə Qırğızıstana baş tutan işgüzar səfərimiz zamanı əldə edilib. Həmçinin, görüş zamanı mart ayında Qırğızıstanın turizm şirkətlərinin Berlin və Vyanada keçirəcəyi görüşlərdə bizim şirkətin də iştirakçı kimi həmin görüşlərə qatılması qərara alınıb. Şirkətin rəhbəri olaraq sözügedən görüşlərdə iştirak edəcəm”.


Süleyman
Xəbəri paylaş