İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini İvan Sao ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.
Görüşdə ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə BYD şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
Süleyman