Qazaxıstanın paytaxtı Astana şəhərində ictimai nəqliyyatda gediş haqqı artırılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qiymət artımı mart ayından etibarən qüvvəyyə minəcək. Qərara əsasən, ictimai nəqliyyatda gediş haqqının 90 quruşdan 110 təngəyə qaldırılması nəzərdə tutulur.
Qeyd edək ki, şəhərdaxili marşrutlarda gediş-gəliş üçün 90 təngə tarifi 2014-cü ilin sentyabrında müəyyən edilib. 2020-ci ilin mart ayından isə etibarən Astanada və şəhərətrafı qəsəbələrdə təhsil alan 18 yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur. Eyni zamanda Böyük Vətən Müharibəsi iştirakçıları və əlilləri və onlara bərabər tutulan şəxslər, yaşa və əmək stajına görə pensiyaya çıxanlar, habelə yaşa və ailə başçısını itirmə vəziyyətinə görə pensiya yaşına çatmış dövlət sosial müavinətləri alanlar, oxuşaqlı analar, çoxuşaqlı ailələr, əlillər, on səkkiz yaşına çatmamış əlil uşaqlar, o cümlədən onların valideynlərindən biri (qanuni nümayəndələr) ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edirlər.
Mehman Mehdiyev