Dağıstanın Aqul rayonunda 4,6 maqnitudada zəlzələ qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Aqul rayonu ərazisində saat 08:47-də, Yarkuq yaşayış məntəqəsindən 14 km aralıda, 16 km dərinlikdə 4,6 maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanları Rutul və Xiv rayonlarının sakinləri hiss edib.(report)