Dünəndın bütün ölkə paytaxtın 156 saylı orta məktəbində baş verən hadisədən danışır. Məsələnin ciddiliyi həm də ondan ibarətdir ki, bu dəfəki "qəhrəmanlar" məktəbli qızlardır. Baş vermiş hadisə ilə bağlı məktəb rəhbərliyinin bu günkü açıqlaması isə heç də cəmiyyətdə birmənalı qarşılanmayıb.
Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Çingiz Şahbazi deyib ki, məktəb direktorunun açıqlamasında qəribə nüanslar var. Onun sözlərinə görə, məktəb direktoru baş vermiş hadisə haqqında "zarafat" ediblər deyirsə, deməli tutduğu vəzifəyə uyğun olaraq düşüncələri tam formasında deyil və məktəb direktoru vəzifəsindən dərhal azad edilməlidir:
"Əslində bu kimi məktəb direktorları ölkəmizdə çoxdur. Nədən bu məktəblər bu vəziyyətə salındı? Birinci amil şagirdlərin valideynləri məktəb direktorlarını pul və hədiyyələrlə ələ almalarıdır ki, belə məktəbliyə yaraşmayan hallar baş verən zaman, tərbiyəsizlik törədən şagirdlər məktəbin rəhbərliyi tərəfindən qorunur və onlara "krışalıq" edilir. İkinci amil isə məktəb direktorunun qadın olması səbəbindən belə hallar daha çoxdur".
Çingiz Şahbazi deyib ki, bu qadın müəllimlərin pula və hədiyyələrə daha çox meyilli olmasından başqa, həmçinin də təlim tərbiyə müəssisələrində kişılərə nisbətən daha səriştəsiz və daha yetənəksiz olmalarından qaynaqlanır:
"Mən belə düşünürəm. Hər kəsin fikir və düşüncələrini də bir yanaşma hesab edərək, məqbul hesab edirəm".
Anar Əliyev