Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə baş verən neqativ hallarda əsas günahkar kimdir?

Məktəblərdə baş verən neqativ hallarda əsas günahkar kimdir?


"Paytaxtın 156 saylı orta məktəbi ilə bağlı yayılan videogörüntülər ümumən cəmiyyətimizdə deqradasiya, aşınma prosesinin getdiyini bir daha üzə çıxardı. Əgər bundan əvvəl müxtəlif təhsil ocaqlarından yayılan videogörüntülərdə əsasən oğlan uşaqlarının təlim-tərbiyədən kənar hərəkətlərə yol verdikləri əksini tapırdısa, indi artıq bu mənfi tendensiya qızlarda da müşahidə edilir. Hesab edirəm ki. burada təhsil sahəsinə cavabdeh olan qurumlarla yanaşı, valideynlər də günahkardırlar".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, məktəb şagirdin təhsil ocağında olduğu müddət ərzində onun təlim-tərbiyəsinə cavabdehdir, məsuliyyət daşıyır:

"Məktəbdən sonra isə bu məsuliyyəti valideyn daşıyır. Ona görə də hər iki tərəf uşağın təlim-tərbiyəsində müştərək, koordinasiyalı şəkildə işləməlidir".

İctimai Birlik sədri deyib ki, tərəflərdən biri uşağın təlim-tərbiyəsinə fikir vermədikdə təhsil ocaqlarında oxşar neqativ proseslər yaşanır.

Mehman Mehdiyev
Xəbəri paylaş