Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərimizdə tərbiyəsi yerində olmayan şagirdlər çoxluq təşkil edir

Məktəblərimizdə tərbiyəsi yerində olmayan şagirdlər çoxluq təşkil edir


Paytaxtdakı 156 saylı məktəbdə baş verənlər yenidən diqqəti təhsil sahəsinə, təlim-tərbiyə prosesinə yönəldib. Haqlı olaraq cəmiyyətdə belə bir fikir formalaşıb ki, heç də bütün təhsil müəssisələrində təlim-tərbiyə işi düzgün qurulmur.

Newscenter.az-ın xəbərinə görə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadə sözügedən məsələ ilə bağlı danışarkən təəssüf hissi ilə deyib ki, məktəblərimizdə tərbiyəsi yerində olmayan şagirdlər çoxluq təşkil edir. İctimai Birlik sədrinin sözlərinə görə, bunda nə məktəbi, nə də müəllimləri günahlandırmaq heç də doğru yanaşma deyil:

"Yeniyetmələrin o cür davranışlarında birbaşa valideynlər günahkardır. Həmin şagirdlər ailədə aldıqları tərbiyəni məktəbdə və məktəbdən kənarda nümayiş etdirirlər. O cür şagirdlərin ilk öncə valideynlərini tərbiyələndirmək lazımdır. Bu da çox təəssüf ki, qeyri-mümkündür".

Süleyman
Xəbəri paylaş