Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öllkəmizin təhlükəsizliyi, iqtisadi inkişafı türk birliyindən keçir -DEPUTAT

Öllkəmizin təhlükəsizliyi, iqtisadi inkişafı türk birliyindən keçir


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk rəsmi xarici səfərini qardaş ölkəyə etməsi təbiidir. Artıq ənənə halını almış bu səfər, Türkiyənin Azərbaycan siyasətindəki yerinin, hansı mənanı kəsb etdiyinin göstəricisidir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Türkiyə prezidenti də eyni proqramla, ilk xarici səfərini Azərbaycana edir:

"Cənab Prezident andiçmə mərasimində, “bizim bir ailəmiz var, o da türk dünyasıdır” dedikdə Türkiyə və türk dünyasının Azərbaycan xarici siyasətində prioritet istiqamət olacağını qəti şəkildə bildirdi. Bunu şərtləndirən əsas səbəb, beynəlxalq münasibətlər sustemindəki ikili standartlar, ayrı-ayrı ölkəıərə qarşı selektiv, qərəzli yanaşmalardır.

Dövlət Başçımız, hörmətli Rəcəb Tayyib Ərdoğanın, “44 günlük müharibə başlandlğı andan can Azərbaycanın yanındayıq” fikirlərini xatırlatdı. Bu bəyanatın, ölkəmiz üçün taleyüklü bir zamanda, siyasi və mənəvi əhəmiyyətinin nə demək olduğunu bildirdi. Türkiyənin qlobal və regional suyasətdəki rolunu, dünya gücünə çevrildiyini xüsusilə vurğuladı. Türkiyə Prezidenti də öz növbəsində hər zaman Azərbaycanla çiyin-çiyinə addımlayacaqlarlnı bildirdi".

Millət vəkilinin sözlərinə görə, bu gün birmənalı olaraq, deyə bilərik ki, ölkəmizin təhlükəsizliyi, iqtisadi inkişafı türk birliyindən keçir:

"Təbii ki, paralel olaraq, milli maraqlarımızın təmin olunduğu, digər qütblərlə münasibətlərimiz, əməkdaşlığımız davam etməlidir. Elə bir sahə yoxdur ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq olmasın. Dünyada elə bir ölkə yoxdur ki, siyasi, iqtisadi, mədəni əlaqələr, təhlükəsizlik sistemi, mənəvi bağlılıq Türkiyə ilə Azərbaycan qədər yaxın olsun".

Nəsib Məhəməliyev, "Bizim müttəfiqliyimiz, təbii müttəfiqlikdir. Tarixi köklərə söykənir.
Münasibətlərimizin bu səviyyəyə çatdlrımasında, strateji müttəfiqlik xarakteri almasında dövlət Başçılarımız İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Hər iki Liderin beynəlxalq nüfuzu, prinsipiallığı, qətiyyəti, digər türk dövlətlərində milli şüurun oyanmasında əhəmiyyətli rol oynamış, özünəinam hissi yaratmışdır. Düşünürəm ki, doğru yoldayıq və yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinin və aparıcı beynəlxalq aktora çevrilməsinin şahidi olacağıq".

Süleyman
Xəbəri paylaş