Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbək iş adamları Qarabağda tikinti sektoruna cəlb edilə bilır

Özbək iş adamları Qarabağda tikinti sektoruna cəlb edilə bilır


Özbəkistanın iş adamları işğaldan azad edilmiş ərazilərdə tikinti prosesinə cəlb edilə bilər.

Newscenter.az
xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin sədri Ruslan İmanzadə verib. Bildirib ki, hazırda bu istiqamətdə müəyyən iş aparılır, məsləhətləşmələr həyata keçirilir:

"Əslində bu barədə fikirlərimiz var. Məlumat üçün qeyd edim ki, Özbəkistanda Tikinti Assosiasiyası adlı qurum fəaliyyət göstərir və həmin qurumla görüşüb Azərbaycandakı AzPromo, KOBİA ilə əlaqəli şəkildə tikinti sektorunda fəaliyyət göstərən özbək iş adamlarını bura dəvət etmək istəyirik. Azərbaycanda olduğumuz müddətdə AzPromo-da görüş keçirməyi nəzərdə tuturuq. Məlumat üçün qeyd edim ki, keçən il AzPromo rəhbərliyi Özbəkistanda olanda bizi Azərbaycana səfərə dəvət etmişdilər".

Süleyman
Xəbəri paylaş