Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın qızıl ixracı artıb

Özbəkistanın qızıl ixracı artıb



Özbəkistanın qızıl ixracında artım qeydə alınıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, 2023-cü ildə Özbəkistandan qızıl ixracı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bundan əlavə, il ərzində kənd təsərrüfatı məhsulları və taxıl, avtomobil ehtiyat hissələri və neft məhsullarının da xaricə satışının həcmi artıb.

Əlvan metallar, qaz, gübrə, elektrik enerjisi, tekstil kimi məhsulların ixracında isə azalma qeydə alınıb. Ötən il respublika üzrə ixracatçıların sayı 7255-ə çatıb. Özbəkistanda əmtəə və xidmətlərin ixracının həcmi 2022-ci illə müqayisədə 4,5% artaraq 16169,6 milyon dollar təşkil edib.

Natiq Orucov
Xəbəri paylaş