Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Qadınlar kişilərdən daha diqqətlidirlər, onları işə götürmək lazımdır"

Prezident: "Qadınlar kişilərdən daha diqqətlidirlər, onları işə götürmək lazımdır"


"Qadınlar kişilərə nisbətən çox diqqətlidirlər. Kişilərlə müqayisədə onlar korrupsiyaya daha az meyllidirlər. Ona görə də daha çox qadınları işə götürmək lazımdır".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Hazırda dövlət aparatında qadınların xüsusi çəkisinin 55 faiz təşkil etdiyini deyən Tokayev. lakin idarəetmə prosesində bu rəqəmin 39 faizi olduğunu bildirib.

Prezident bildirib ki, siyasi sahədə çalışan işçilər arasında da ciddi bərabərsizlik müşahidə olunur. Onların arasında qadınların sayı 10 faizdən də azdır. Gənclərin nisbətində də qeyri-bərabərlik var.

Tokayev, "Dövlət qulluğunda qadınların, gənclərin və əlilliyi olan vətəndaşların sayını artırmaq lazımdır. Yaxşı olar ki, onlara mümkün qədər çox xidmət etmək imkanı yaradılsın, xüsusən də rəhbərlik komandasında", - deyə vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş