"Tarixi köklərə bağlı olan Türkiyə-Azərbaycan dostluq və qardaşlığı günümüzdə hər iki ölkənin liderləri səviyyəsində daha da inmişaf edir, özü üçün yeni-yeni hədəflər müəyyənləşdirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərindəki inamlı qələbəsindən sonra ilk xarici səfərini qardaş Türkiyəyə etməsi məhz qarşıdakı yeni hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctiami Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, bu səfər təkcə Bakı ilə Ankara arasında əlaqələrin daha da inkişafı üçün yeni bir mərhələ deyil, eyni zamanda Türk dünyasının inkişafı baxımından əhəmiyyətlidir:
"Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı "Bizim bir evimiz var, da Türk dünyasıdır" deməsi ondan xəbər verir ki, dövlət başçısının qeyd etdiyi yeni dövrdə əsas priroritet Türk dünyası ilə əlaqələri daha da inkişaf etdirmək olacaq. Bu mənada Azərbaycan liderinin Türkiyə səfəri və müzakirə olunan məsələlərdə ən mühüm hədəf Türk dövlətlərinin birliyi, güclənməsi, bölgədə sülh və sabitliyin əldə edilməsi istiqamətində birgə fəaliyyətdir".
Arzuman Muradlı deyib ki, İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geosiyasi durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərində yeni perspektivlər açıb:
"Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsinı şərtləndirib".
Süleyman