Paytaxtda fəaliyyət göstərən "Şərq" bazarı ticarət mərkəzində Özbək mallarının satış məntəqəsinin açılması nəzərdə tutulur.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) sədri Ruslan İmanzadə verib. Bildirib ki, bununla bağlı Azərbaycanda olduğu səfər müddətində “Şərq Bazarı” Ticarət Mərkəzinin rəhbərliyi ilə görüşüb sözügedən məsələ barədə ətraflı fikir mübadiləsi aparılacaq:
"Əgər müvafiq razılıq əldə edilərsə, o zaman "Şərq" Bazarı Ticarət Mərkəzində Özbəkistanın yüngül sənayesinin istehsalı olan mal və məhsullarının bir satış mərkəzini təşkil etmək niyyətindəyik".
Mehman Mehdiyev