Türkiyədə işsizlik səviyyəsi tədricən aşağı düşür.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, xüsusilə kişilər arasında işsizlik səviyyəsi ən aşağı göstəricidədir
Məlumata görə, kişilər üçün işsizlik nisbəti 2023-cü ilin son rübündə 7,2 faiz olaraq hesablanıb. Bundan 10 il əvvəl, yəni 2013-cü ildə isə qeyd edilən göstərici 7,8 olub.
Qadınlar arasında işsizlik səviyyəsi isə 2013-cü ilin birinci rübündə 10,4 faiz olduğu halda, 2023-cü ilin son rübündə 11,8 faiz təşkil edib.
Ümumilikdə, Türkiyədə 2013-cü ilin birinci rübündə məşğulluq nisbəti yüzdə 44,2 olduğu halda, 2023-cü ilin son rübündə bu rəqəm 48,6 faizə yüksəlib. Eyni dövrdə bu nisbət kişilərdə 63,9 faizdən 65,8 faizə, qadınlarda isə 25 faizdən 31,6 faizə yüksəlib.
Natiq Orucov