Paytaxtın 156 saylı orta məktəbində baş verən son hadisə cəmiyyətdə ciddi etiraza səbəb olub. Təhsil müəssisəsində qeydə alınan neqativ hadisədə bəziləri məktəbi, bəziləri də valideyni günahlandırır.
Newscenter.az-ın xəbərinə görə, ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, son zamanlar orta məktəblərdə baş verən hadisələr gələcək üçün böyük və həll olunması mümkün olmayan problemlər yetişdirir:
"Özündə tərbiyəsizliyi, əxlaqsızlığı, qayda-qanun pozuntularını cəmləşdirən faktlar yeni və arzuolunmaz reallıqlar yaradacaq. Vaxtında müdaxilə olunmazsa sonra çox gec ola bilər. Geri dönüşü olmayan yollar sonumuzu gətirəcək!".
Anar Əliyev