Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY keçən il 1,274 milyon tona yaxın yük daşıyıb

ADY keçən il 1,274 milyon tona yaxın yük daşıyıb


Azərbaycan Dəmir Yolları (ADY) ixrac, idxal və tranzit rejimlər üzrə 2023-cü ildə 105 265 TEU konteyner və ya 1,274 milyon tona yaxın yük daşıyıb.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı ADY yayıb. Bildirilib ki, bu göstərici 2022-ci illə müqayisədə 29 faiz çoxdur.

Məlumata görə, əsas yüklər qara metal prokatları, sintetik qatran və plastik kütləsi, daşıma vasitələri və hissələri (avtomobildən başqa), əlvan metallar və onların ərintiləri, ət və ət məhsulları olub.

Qeyd edək ki, TEU (Twentyfoot Equivalent Unit) 20 futluq ekvivalentdə bir konteynerdir.

Süleyman
Xəbəri paylaş