Milli Məclisin sabiq deputatı, əslən Qərbi Azərbaycandan olan Musa Musayev "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətindən razı qalmayıb.
Newscenter.az sabiq deputata istinadən bildirir ki, o, şəxsiyyət vəsiqəsi almaqda problemlə üzləşib:
"1 saylı “ASAN Xidmət“ə üz tutmaqda məqsədim şəxsiyyət vəsiqəmi yeniləyib, doğma rayonumun və kəndimin adını tarixiləşdirmək idi. Bu məsələni mən vaxtilə Parlamentin tribunasından 2000 - 2005-ci ildə iki dəfə səsləndirmişdim. Bir neçə pencərədən keçdim, mənasız sorğu suallar. Nəhayət, doğum şəhadətnaməsinin tərcüməsi, həyat yoldaşımın, anamın sağ olması barədə arayış, 1998-ci ildə dünyasını dəyişən atamın ölüm kağızını və sairə tələb etdilər. Anladım ki, “ASAN Xidmət “ çətin xidmətlə əvəzlənib və sakitcə sənədlərimi götürüb ordan uzaqlaşdım".
Musa Musayev iddia edir ki, bu proseslə yüz minlərlə Qərbi Azərbaycanlının şəxsiyyət vəsiqəsini dəyişməsi baş tutmayacaq.
Qurumun mətbuat katibi Elnur Niftəliyev isə Newscenter.az-a verdiyi açıqlamada deyilənlərlə razılaşmadığını, yalnız müəyyən qaranlıq məqamlar ortaya çıxdığı halda əlavə sənədlərin istənildiyini deyib.
Süleyman