Kaş ki, sosial şəbəkələrdə belə videoları paylaşanlara da cəza methodları olsa idi.
İnsanlar sanki bir-birinin bənsinə dayanıb durmadan məlum videonu tirajlayırlar.
Bunu paylaşanlar böyüməkdə olan bir fidanımızın kökünə hansı cürə bir baltanın vurulduğuna düşünürəm ki, diqqət yetirmir bir çox halda isə heç buna məhəl də qoymurlar. Bəziləri isə startda dayanıb neçə layk yığa bilərəm deyə kimliyindən asılı olmayaraq şəxsiyyəti tapdalamağa dünəndən hazırdırlar.
Axı bu günün sabahı da var. Elə şərait yaradırıq ki, zərər çəkmiş şəxs növbəti raundun zərbələrini də bizlərdən alır. Sayəmizdə sabah insanlar içinə çıxmağa çətinlik çəkir.
Bu düşüncə tərzi ilə hara gedirik?! Bilən varmı?!
Nəyin yarışına çıxmışıq?!
Sabah kim qarant verə bilər ki, bənzər hal bizlərin övladlarının başına gəlmiyəcək və bənzər videoları da özümüz kimi insanlar sözdə zərərçəkəni qınamış kimi göstərib tirajlamıyacaqlar?!
Belə hal baş versə xoşumuza gələrmi?! Məncə gəlməz! O zaman niyə edirik?! Bu layk xəstəliyindən nə zaman qurtulacayıq?!
Düşünürəm ki, bu və buna bənzər videoları sosial şəbəkələrdə ilk tirajlıyanı, cəmiətə təqdim edəni də tapıb məsuliyyətə cəlb etmək lazımdır. Bunun üçün qanunvericiliyimizdə müvafiq cəza maddələri yoxdursa millət vəkillərimiz Milli Məclisdə bunu təmin etməlidirlər. Belə bir qanun yoxdursa o demək deyil ki, heç vaxt da olmamalıdır.
Diqqətli olmalıyıq. İnsan haqqlarından, hüquqlarından danışa-danışa başqa özümüz balaca fidanımızın haqqlarını, hüquqlarını pozduğumuzun fərqinə varmalıyıq.
Düşünürəm ki, videonu əylənmək xətrinə çəkənlə onu layk üçün yayanlar eyni məsuliyyətə cəlb edilməlidir.
Bir şeyi də qeyd etmək istəyirəm.
Belə halları sosial şəbəkələrdə paylaşmaq yerinə bir başa hüquq mühafizə orqanlarına yönləndirmək lazımdır. Polisimiz var. Yaxşı ki, də var. Onlar mütləq layiqli tədbir görərlər və görürlər də.
Azərbaycan polisinə təşəkkür edirəm.
İqbal Səfərov