Bakı şəhəri, Nərimanov rayonu 93 saylı tam orta məktəbdə "Bullinq nədir və ondan necə qorunaq?" mövzusunda seminar keçirilib.
Newscenter.az-ın xəbərinə görə, təhsil müəssisəsinin direktoru Xalidə İbrahimovanın rəhbərliyi və təşkilatçılığı, psixoloq və müəllimlərin iştirakı ilə keçirilən seminarda məktəbdə bullinq hallarının qarşısını almaq istiqamətində atılması vacib olan addımlardan danışılıb.
Bildirilib ki, bu məqsədilə ilk növbədə bullinq haqda məlumatlı olmaq lazımdır. Seminarda şagirdlərə təqdimat şəklində geniş məlumat verilib.
Seminar diskussiya şəklində davam etdirilərək şagirdlərin hər birinin bullinq haqqında fikirləri təhlil olunub, onları maraqlandıran suallar cavablandırılıb, video roliklər nümayiş edilib.
Süleyman