Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhali daha çox hansı nazirlərdən narazıdır?

Əhali daha çox hansı nazirlərdən narazıdır?


Nazirlər Kabinetinin demək olar ki köhnə tərkibdə qalması yeni dövr üçün heç də uğurlu hesab edilə bilməz. Bəzən bu kabineti yanlış olaraq zəfər kabineti kimi təqdim edənlər də oldu. Halbuki zəfərin qazanılmasında güc strukturları istisna olmaqla Nazirlər Kabinetinin önəmli təsiri olmadı.

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, 44 günlük müharibə dövründə Prezident İlham Əliyev həm Ali Baş Komandan kimi Silahlı Qüvvələrə rəhbərliyi həyata keçirdi, həm diplomatik missiyanı öz üzərinə götürdü, həm də təbliğat işini uğurla qurdu:

"Nə parlament, nə Nazirlilər Kabineti 2020-ci il zəfərində öz işinin öhdəsindən gələ bilmədi. Ona görə də düşünürdüm ki, yeni dövrə güc strukturlarının rəhbərliyini çıxmaqla yeni tələblərə yeni çağırışlara cavab verəcək yeni simalar gətiriləcək. Təəssüf ki, bunu görmədik".

AMİP funksioneri deyib ki, ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla iş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çoxdan yola salınmalı idi. Çünki hər ikisi öz sahələri üzrə çox ciddi qüsurlara yol vermiş və demək olar ki, həm ədliyyə, həm də dövlətin dinlə bağlı siyasətini bərbad hala salmışdılar:

"F.Məmmıdovun yarıtmaz fəaliyyəti nəticəsində ədliyyə sistemi demək olar ki, korrupsiya və rüşvət yuvasına çevrilmişdi. İstər Penitensiar Xidmətdə, istərsə də icra probasiya sahəsində tam bazar açılmışdı. Yüz minlərlə dövlət adından məhkəmələr tərəfindən çıxarılan qərarlar icra olunmayıb. Bu hal dövlətin əsaslarına, dövlətin özünə də inam, etibar baxımdan xeyli zərər vurub. Yaxud, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsuliyyətsizliyi ucbatından İran təbliğat və agentura şəbəkəsi din pərdəsi altında ölkədə at oynadırdı"

Əli Oruclu qeyd edib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, elm və təhsil naziri Emin Əmrullayevin, yeni kabinetdə nazir portfeli almamasını gözləyirdi:

"Çünki əhali bu nazirlərdən cana doyub. Öz yerlərində deyillər. S. Babayevə görə özünə qəsd etmə halları unudulmayıb. Kənd təsərrüfatı məhv edilib. Elm və təhsilin səviyyəsi ilbəil aşağı düşür. Nazirlər Kabinetinin yenidən formalaşmasında köhnələri demək olar ki əksəriyyətinin yerində qalması cəmiyyətdə birmənalı qarşılanmadı. Mən ümid edərdim ki, yaxın zamanlarda bütün sahələrdə, eləcə də kadr məsələsində ciddi və dərin islahatlar aparılacaq".

Süleyman
Xəbəri paylaş