Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın sülh qərarını başqaları verir

Ermənistanın sülh qərarını başqaları verir


"Münxendə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü və verdikləri tapşırıqlar ilk görünüşdə konstruktiv görüntü yaratdı. Hesab etmək olardı ki, sülh müqaviləsi üçün atılacaq addımlar səmimidir. Amma belə görüş və tapşırıqlar həddən artıq olub və nəticənin də hələlik olmaması Münxen danışıqlarına da olan ümidləri azaldır".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Azər Qasımov deyib ki, sülh məsələsi üçün danışıq prosesi uzun və gərgin yoldur:

"Sülh bu kimi görüşlərin nəticəsində formalaşır. Müəyyən məqamdan sonra da imzalanması mümkün olur. Sadəcə optimist olmağa hələlik ümidlər azdır. Ermənistan hələ ki, bir dövlət kimi öz taleyinə cavabdeh deyil. Buna digər ölkələr qərar verirlər. Ermənistanın sülh qərarını başqaları verir. Bu da ki, indiki geosiyasi durumda mümkün görünmür".

Azər Qasımov deyib ki, hansısa kağızı sülh müqaviləsi adı ilə imzalamaq asandır:

"Bu, sadəcə kağız olaraq qalacaq. Bunun üçün xalq olaraq bu sülhə qərar vermək lazımdır. Erməni adlanan toplum isə hələlik xalq olmaq yolundan çox uzaqdadır. Nə vaxt xalq olsalar, onda sülhün daha çox onlara lazım olduğunu başa düşəcəklər. Ümid edək ki, bu, gec olmayacaq".

Süleyman
Xəbəri paylaş