Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ersin Tatar: "Prezident İlham Əliyev və Azərbaycan xalqı hər zaman bizim yanımızda olub"

Ersin Tatar: "Prezident İlham Əliyev və Azərbaycan xalqı hər zaman bizim yanımızda olub"


“Prezident İlham Əliyevin iyul ayında Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (OTT) Zirvə toplantısında iştirak etmək üçün dəvəti bizi çox sevindirir və məmnun edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Türkiyəyə səfər öncəsi keçirdiyi mətbuat konfransında səsləndirib.

Şimali Kipr Türk Respublikasının 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edildiyini deyən Tatar, “ŞKTC-nin beynəlxalq tədbirlərdə iştirakı bizim beynəlxalq səviyyədə mövqeyimizi gücləndirir. Bunlar tariximiz baxımından mühüm hadisələrdir və bizim üçün qürur mənbəyidir”,-deyə söyləyib.

Kipr Rum Tərəfinin KKTC-nin sözügedən Sammitdə iştirakına mane olmaq məqsədi ilə təzyiqləri artıracağını bildirən Prezident Ersin Tatar deyib ki, onu da deyib ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı hər zaman bizim yanımızda olub.

Qeyd edək ki, Türkiyəyə səfəri çərçivəsində Prezident Ersin Tatar Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev ilə görüşəcək və “ŞKTC-nin qurucu prezidenti Rauf R. Denktaşın anadan olmasının 100-cü ildönümündə bir sənətçi kimi” adlı Sərgi və Anma Tədbirinin açılışında iştirak edəcək.

Süleyman
Xəbəri paylaş