Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın danışıqlar prosesinə müdaxiləsinə imkan verilməməlidir

Fransanın danışıqlar prosesinə müdaxiləsinə imkan verilməməlidir


"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında Almaniya kanslerinin vasitəçiliyi ilə görüş keçirildi. Əslində İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı, danışıqlar prosesində vasitəçilərin olmasına ehtiyac duyulmadığını qeyd etmişdir. Baxmayaraq ki, Almaniyanın bu təşəbbüsünü də geri cevirməyən İlham Əliyev əslində Fransanı daha çox nəzərdə tutub".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, Fransanın danışıqlar prosesinə mane olması və Ermənistana qeyri-qanuni yollarla dəstək verməsi, Azərbaycan tərəfindən sükutla qarşılana bilməz:

"Qərb dairələri də bunu başa düşür və Fransanın hər hansı bir müdaxiləsi üçün artıq imkan verilməməlidir. Bundan sonra proseslər davam edəcək, təzyiq və təsirlərin heç bir effekti olmayacaq, düşüncəsindəyəm".

Anar Əliyev
Xəbəri paylaş