Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

Naxçıvan Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb


Naxçıvan Dövlət Universiteti sənaye sahələri ilə əməkdaşlığını inkişafının prioritet istiqaməti hesab edir. Bu məqsədlə ali təhsil ocağının əməkdaşlıqlarında sənaye iş birlikləri mühüm əhəmiyyət daşıyır.

Newscenter.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetində keçirilən növbəti görüş “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında keçirilib. Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi məqamlara toxunub, dünya təcrübəsində bu cür işbirliklərinin faydalı cəhətlərinə nəzər salıb. Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin qiymətləndirilmə meyarında, nüfuzlu universitetlər arasında seçilib dəyərləndirilməsində bu cür əməkdaşlıqların xüsusi əhəmiyyəti vardır.

Elbrus İsayev uzun illərdir şirkətlə aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Vurğulanıb ki, universitetin müvafiq ixtisaslar üzrə tələbələri şirkətdə təcrübəyə cəlb olunmaqla gələcəkdə bu istiqamətdə peşəkar mütəxəssis kimi formalaşa bilər.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Teymur Rzayev belə görüşlərin davamlı keçirilməsinin mühüm məqamlarına toxunaraq əmək bazarında belə əməkdaşlıqların cəmiyyətdə aparılan islahatların ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətiilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də nəzərdə tutulub.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, bu əməkdaşlıq akkreditasiya qaydalarına uyğun olaraq nəticələrə əsaslanan universitet-sənaye əməkdaşlığının yaradılmasına dəstək, tədqiqat, təlim, innovasiya, texnoloji inkişaf və potensialın gücləndirilməsi vasitəsilə ali təhsil üzrə kadr hazırlığı səviyyəsini artırmaq və təkmilləşdirmək, regionların dayanıqlı inkişafına dəstək məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılması üçün mexanizm yaratmaq və vasitələrlə təmin etmək məqsədilə yaradılıb. Eyni zamanda əməkdaşlıq memorandumu gənc tədqiqatçıların və tələbələrin sənaye profesionalları və ixtisaslı mütəxəssislərlə əlaqə yaratmasına, elmi nailiyyətlərin sənayedə tətbiqinə dair təcrübə qazanmalarına nail olmaq üçün mentorluq proqramı və təcrübə proqramlarını dəstəkləmək məqsədlərini də əhatə edib.

Elbrus İsayev müxtəlif tədbirlərdə və layihələrdə şirkətin verdiyi dəstəyə görə Teymur Rzayevə universitet adından təşəkkürnamə təqdim edib. Qarşılıqlı hədiyyələr təqdim olunub, görüşdən xatirə olaraq foto çəkdirilib.

Süleyman
Xəbəri paylaş