Özbəkistan şirkətləri Azərbaycanla mebel sənayesi sahəsində əməkdaşlıq etmək istəyirlər.
Bunu Newscenter.az-a Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin sədri Ruslan İmanzadə deyib. O bildirib ki, xüsusilə Özbəkistanda bu sahədə ixtisaslaşmış Mebel Assosiasiyası Azərbaycanla qeyd edilən sahədə əməkdaşlığa, Azərbaycana qeyd edilən sektor üzrə investisiya yatırmağa maraq göstərir:
"Bir müddət əvvəl Özbəkistanda fəaliyyət göstərən Mebel Assosiasiyasınınrəhbəri ilə görüşümüz olub. Həmin qurum Azərbaycana mebel sənayesi sahəsində investisiya yatırmaq və əlaqələr qurmaq istəyir. Biz də bu təşəbbüsü, təklifi Azərbaycanda səfərdə olduğumuz zaman görüş keçirdiyimiz müvafiq dövlət qurumlarının diqqətinə çatdırdıq".
Süleyman