Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan: "Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır"

Paşinyan: "Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır"


"Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır. Bizim vəzifəmiz regionda balans yaratmaqdır".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində bu ölkənin prezidenti Emmanuel Makronla keçirdiyi görüşdə deyib. Fransanən ölkəsinə göstərdiyi hərbi dəstəyə diqqət çəkən Paşinyan, "Ermənistanın müdafiə qabiliyyətinin inkişafı heç kimi narahat etməməlidir. Bizim mahiyyətcə yeni olan müdafiə sahəsində əlaqələrimiz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün vacibdir”, - deyə bildirib.

Emmanuel Makron da öz növbəsində Fransanın Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş