“Adətən erməni rəsmiləri Rusiyanın moderatorluğundan kənarda baş tutan Azərbaycan-Ermənistan liderlərinin görüşündən dərhal sonra Moskvaya üz tutaraq Kremlə görüş barədə məlumat verir və növbəti mərhələdə atacaqları addımların təlimatını alırdılar. İndi isə Moskvanı Paris əvəzləyib”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, bu mənada Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən dərhal sonra erməni baş nazirin Fransaya səfərə getməsi təsadüfi deyil:
“Parisdə lazımı təlimatlar alan Paşinyanın İrəvana qayıtdıqdan sonra yenidən sərt ritorikanı işə salacağı istisna deyil”.
Analitik Qrup hesab edir ki, Parisin əsas məqsədi Qafqazda yeni qarşıdurma yaratmaqdır.
Anar TAĞIYEV