Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixiatriya Xəstəxanasında saxlanılan şəxs ölüb, araşdırma aparılır

Psixiatriya Xəstəxanasında saxlanılan şəxs ölüb, araşdırma aparılır


Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə şillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

Mehman Mehdiyev
Xəbəri paylaş