"AŞPA-da anti-azərbaycan abu-havası nədənilə, azərbaycanlı parlamentarilərinin atdığı addımlardan sonra, Qərbin ölkəmizə qarşı yumşalmasını görürük. Qərb, rəsmi Bakı ilə münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlayıb. Bu addımların içində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşləri və danışıqları xüsusi qeyd etmək lazımdır".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, növbədənkənar Prezident seçkilərindən sonra, İlham Əliyevin seçkiləri udaraq dəvət aldığı beynəlxalq tədbir bizə əsas verir ki, deyək, Qərbdə ölkəmizə qarşı aparılan siyasi təzyiq və təsirlərin faydası yoxdur:
"Qərb anladı ki, artıq Azərbaycan dəyişib və güclü siyasi iradəyə malikdir. Bu baxımdan Qərbin ölkəmizə qarşı apardığı ikili standartlar çərçivəsində siyasəti, yalnız Qərbin özünü çıxılmaz vəziyyətə sala bilir, ehtimallarını rəsmi Bakının göstərdiyi siyasi duruşu sübut etdi. Həmçinin İlham Əliyevin bu mötəbər tədbirə qatılması və tədbir çərçivəsində keçirilən görüşlər, bəzi siyasi dairələrin Azərbaycana qarşı oyununu pozdu və hansı ki, Azərbaycanın Qərbdən uzaqlaşması və sairə kimi cəfəngiyat uyduranlara cənab Prezident İlham Əliyevin bu tədbirə qatılması ilə cavab verildi".
Anar Əliyev