Bu gün sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub.
Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.
Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub.
Hər 2 hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması və nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə edilir.
ADY nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə, sürət həddini aşağı salmağa, yol nişanlarını diqqətdə saxlamağa və qatarın gəlmədiyinə tam əmin olduqdan sonra hərəkəti davam etdirməyə çağırır.
Süleyman