Təhsil sahəsində çalışan bir qrup azərbaycanlı müəllim Özbıkistana təcrübə mübadiləsi üçün səfər eedəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) həmtəsisçisi və prezidenti Ruslan İmamzadə verib. Bildirib ki, səfər ATUİAB-ın dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.
"Azərbaycanda fəaliyyət göstərən Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin rəhbərliyi altında bir qrup təhsil işçisi Özbəkistana səfər edəcək. Səfər çərçivəsində azərbaycanlı müəllimlər Özbəkistanın müvafiq təhsil qurumlarında olacaq, görüşlər keçirəcəklər".
ATUİA rəhbəri Azərbaycan nümayəndə heyətinin Daşkənd Kimya Texnologiya İnstitutunda da görüşlər keçirəcəyini deyib:
"Hazırda səfərin detalları və vaxtı barədə müəyyən məsləhətləşmələr aparılır".
Nərgiz Əzizova