Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası böyük bir gücə çevrilməkdədir

Türk dünyası böyük bir gücə çevrilməkdədir


"Cənab Prezident inaqurasiya mərasimində çıxış edən zaman da bildirdi ki, Türk dünyası ilə yaxınlaşma ölkəmiz üçün prioritetdir, bu istiqamətdə çoxlu işlər görülüb, Türk ölkələrinin yaxınlaşmasında əsas fəallıq Azərbaycan və Türkiyəyə məxsusdur, bu iki ölkə Mərkəzi Asiyanın qərbə açılan qapısıdır. Ölkə başçısının Türkiyəyə səfəri, orada səslənən fikirlər, verilən qərarlar, ortaq universitetin yaranması qərarı, gələcək nəslin ortaq dəyərlər əsasında tərbiyə olunması hamısı buna xidmət edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov Azərbaycan Prezidentinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Türkiyə və Azərbaycanın iradəsi ilə regionda çox geniş layihələr icra olunur və digər Türk ölkələrini də bu prosesə həvəsləndirib:

"Burada sağlam ideya dayanır, ona görə hətta qeyri-Türk ölkələr də bu ittifaqa qoşulub, bu arialın ölkə başçısı vurğuladığı kimi çox böyük coğrafi, iqtisadi, əhali və mədəni potensialı var və böyük bir gücə çevrilməkdədir".

Anar Əliyev
Xəbəri paylaş