“Türkiyə-Azərbaycan Universiteti təkcə iki qardaş ölkənin deyil, eləcə də bütün Türk Dünyasının elmŞ təhsil ocağı olacaq”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. Belə bir addımın atılmasının çoxdan gözlənildiyini deyən İctimai Birlik sədri əmin olduğunu bildirib ki, sözügedən təhsil ocağı dünyanın ən nüfuzlu univeristetlərindən birinə çevriləcək:
“Bu təhsil ocağı həm də qədim türk tarixi, türk mədəniyyəti, adət-ənənələrinin dünyaya tanıdılması, təbliö edilməsi baxımından mühüm bir ocaq olacaq”.
Süleyman İsmayılbəyli deyib ki, sözügedən təhsil ocağına təkcə Türk Dünyası deyil, eləcə də dünyanın müxtəlif ölkələrindən maraq olacaq və xarici ölkə gəncləri sözügedən təhsil ocağında oxumağa üstünlük verəcəklər.
Sona