Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında yarım milyard dollarlıq anlaşma əldə edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı İnkişaf Fondu (SFD) Türkiyə ilə 55 milyon dollar məbləğində yeni kredit müqaviləsi imzalayıb.
Kredit təxminən 55 min kvadratmetr sahəsi olan 5 dövlət məktəbinin bərpasına sərf ediləcək.
Sazişin imzalanması mərasimi xəzinə və maliyyə naziri Mehmet Şimşək, xəzinə və maliyyə nazirinin müavini Osman Çelik, SFD İdarə Heyətinin sədri Əhməd Əl-Xatib və SFD sədri Sultan Əl-Marşadın iştirakı ilə keçirilib.
Layihənin məqsədi müəyyən edilmiş məktəbləri əlzələlər nəticəsində baş verə biləcək zərərlərdən qorumaqdır. Bu çərçivədə məktəblərə lazımi avadanlıq və resurslar ayrılacaq, təhsilin keyfiyyət və səmərəliliyinin davamlılığı təmin ediləcək.
Layihənin məqsədi tələbələrə keyfiyyətli təhsil vermək və ölkənin sosial-iqtisadi inkişafına töhfə verməkdir.
Natiq Orucov