Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ

Vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ


“Azərbaycanda vətəndaş cəmiyyətinin daha da inkişafı, bu istiqamətdə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq. Belə demək mümkünsə vətəndaş cəmiyyətinin formalaşması, inkişafı istiqamətində yeni bir mərhələ başlayacaq”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı vətəndaş cəmiyyəti ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən səsləndirib. Azərbaycan Prezidentinin hər zaman ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində maraqlı olduğunu deyən İctimai Birlik sədri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasını, cəmiyyət, dövlət, insanlarımız üçün faydalı olan QHT layihələrinin maliyyələşdirilməsini, eləcə də bu istiqamətdə atılan digər mühüm addımları bunun əyani sübutu kimi qiymətləndirib:

“Hesab edirəm ki, dövlət başçısının da qeyd etdiyi kimi yeni dövr vətəndaş cəmiyyəti üçün də yeni bir mərhələnin başlanğıcı olacaq”.

Arzuman Muradlı Azərbaycanda vətəndaş cəmiyyətinin, QHT-lərin müəyyən mənada böyük bir güc olduğunu deyib və bu gücün Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiya zamanı dünyaya nümayiş etdirildiyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş