Nikahların pozulması və ailələrin dağılmasından daha çox uşaqlar əziyyət çəkir.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, 2023-cü ildə qeyd edilən istiqamətdə baş verən neqativ hallar 170 mindən çox uşaqda psixoloji problemlər yaradıb.
Bildirilib ki, boşanma işləri nəticəsində 2023-cü ildə 171 min 881 cütlüyün rəsmi nikahına son qoyulub. Boşanmalar nəticəsində isə 171 min 213 uşağa qəyyumluq verilib.
Boşanma halları nəticəsində uşaqların qəyyumluğunun daha çox anaya verildiyi görülüb. Buna uyğun olaraq, 74,9 faizinin anaya, 25,1 faizinin isə ataya verilməsi qərara alınıb.
Sona