Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya İqtisadi İttifaqının sənaye istehsalı 3,7 faiz artıb

Avrasiya İqtisadi İttifaqının sənaye istehsalı 3,7 faiz artıb


Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında iqtisadiyyatın bütün istiqamətlərində artım tendensiyası qeydə alınıb.

Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, 2023-cü ildə Avrasiya İqtisadi İttifaqının sənaye istehsalı 3,7 faiz artıb.

Avrasiya İqtisadi Komissiyasının Statistika Departamenti 2023-cü ilin yanvar-dekabr ayları üçün Avrasiya İqtisadi İttifaqının əsas sosial-iqtisadi göstəricilərinin aylıq analitik icmalında qeyd edilib ki, bu dövrdə tamamlanmış tikinti işlərinin həcmi 8,6 faiz, pərakəndə ticarət dövriyyəsi isə 6,6 faiz artıb.

İlkin hesablamalara görə, 2023-cü ilin yanvar-dekabr aylarında ümumi daxili məhsul 2 391,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin yanvar-dekabr aylarının səviyyəsi ilə müqayisədə 103,8 faiz çoxdur.

Mehman Mehdiyev
Xəbəri paylaş