Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı xanımlar Türkiyədə rəsmi nikaha girənlər arasında 3-cü yerdədir

Azərbaycanlı xanımlar Türkiyədə rəsmi nikaha girənlər arasında 3-cü yerdədir


Türkiyədə ailə həyatı quranların sayında azalma müşahidə edilməkdədir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, 2022-ci ilə nisbətən keçən il ölkədə ailə həyatı quran cütlüklərin sayı 1,82 faiz azalıb. Məlumata görə, keçən il Türkiyədə 565 min 435 nəfər rəsmi nikaha girib.

Rəsmi nikaha girən cütlüklər arasında tərəflərdən biri xarici vətəndaşlar da olub. 2023-cü ildə əcnəbi gəlinlərin sayı 31 min 29 nəfər təşkil edib. Milliyətinə görə özbək gəlinlər 12 faizlə əcnəbi gəlinlər arasında birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalı gəlinlər və 9,1 faizlə azərbaycanlı gəlinlər izləyib.

Keçən il əcnəbi bəylərin sayı isə 6 min 345 nəfər olub. Bu sırada ilk yeri 21,9 faizlə almanlar tutub.

Anar TAĞIYEV
Xəbəri paylaş