Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində artım baş verir

Daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində artım baş verir


İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla görüş keçirilib.

Newscenter.az xəbər verir ki, 30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük proseduru haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.

Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd: Daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. Azərbaycanda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmir və emal məqsədilə həyata keçirilir. Bu da öz növbəsində emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır.

Süleyman

Xəbəri paylaş