Estoniya Parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı qətliamının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova verib.
Bildirib ki, parlamentin dostluq qrupunun üzvlərinin birgə bəyanatında deyilir: “Biz 600-dən çox günahsız mülki şəxsin, o cümlədən çoxlu uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.
Biz, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı mülki azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər”, - deyə onlar bildiriblər.
“Biz etiraf edirik ki, bütün region ölkələrinin suverenlik və ərazi bütövlüyü, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasına öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik”, - deyə Parlamentin Dostluq Qrupunun üzvləri əlavə ediblər.
Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Riina Solman, sədr müavini Mariya Jufereva-Skuratovski, Parlamentlərarası dostluq qrupunun üzvləri Yaak Aab, Vadim Belobrovtsev, Züleyxa İzmailova, Aleksei Jevqrafov, Ester Karuse, Toomas Kivimagi, Aivar Kokk, Anastassia Kovalnko-Kõlvars, Laursolas, Laursola, Andreyja, Ester Karuse, Aleksey Jevqrafovdur. Pikhof, Juku-Kalle Raid, Juri Ratas, Urmas Reinsalu, Aivar Soerd və Hendrik Johannes Terras.
Süleyman