Türkiyənin Trabzon şəhərində II Beynəlxalq Apiterapiya və Təbiət Konqresi keçiriləcək.
Newscenter.az Naxçıvan Dövlət Universitetinə istinadən bildirir ki, konqres Qaradəniz Texnik Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Cari ilin 8-10 may tarixlərində baş tutacaq konqresdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və ali təhsil ocağının əməkdaşları da iştirak edəcək. Universitet əməkdaşları konqresdə iştirak və məqalə təqdim etmək üçün aprelin 8-dək müraciət edə bilərlər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin əməkdaşları üçün II Beynəlxalq Apiterapiya və Təbiət Konqresində iştirak və məqalə qəbulu ödənişsizdir.
Süleyman