Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır

Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır


"Bu günlərdə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti vəzifəsinə təyin olunmasının 7 ili tamam olur. Onun bu mühüm dövlət postuna təyin edilməsi ölkəmizin ictimai-siyasi tarixində yeni və əlamətdar hadisə kimi yadda qaldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Mehriban Əliyeva ölkəmizin siyasi meydanında statusuna görə yetərincə nüfuzlu simadır:

"Azərbaycan cəmiyyəti Onun Birinci xanım və Birinci vitse-prezident kimi Liderliyinin milli iintibaha dərin töhfə verməsinin canlı şahididir.

Mehriban xanım qısa müddət ərzində Cənab Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini veribdir.

Birinci Vitse-Prezident 7 illik fəaliyyəti dövründə həm Prezident İlham Əliyevin, həm də Xalqın yüksək etimadını qazanıb. O ötən dövr ərzində yeni-yeni uğurlara və nailiyyətlərə imza ataraq vəzifəsinin, dövlətin və dövlət başçısının Ucalığını təmin edib".

Vaqif Abdullayev qeyd edib ki, Mehriban Əliyeva böyük ictimai-siyasi xadim kimi milli-siyasi elitamızın zəngin simalarındandır. Milli-siyasi elitamızın qadın obrazıdır:

"Azərbaycanın Birinci Vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Onun humanizminin və xeyirxahlığını əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, Mehriban xanımın siması həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda Birinci yerdə dayanır.

Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.

Mehriban Əliyeva Vətənpərvər, fədakar xanımdır. Birinci vitse-prezident seçildikdən sonra Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərməkdə, davamlı olaraq onların sosial qayğılarını həll etməkdədir".

Professor qeyd edib ki, Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. Xoşməramlı səfiri kimi Azərbaycanın tarix və mədəniyyət abidələrini UNESCO-nun Dünya İrsinin siyahısına daxil edilməsində Onun əvəzsiz rolu iftixar doğurur. Onun bu missiyasında daha bir qürurverici tarixi dönəm başlayıb:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistanın terrorçu qruplaşmalarını məhv edərək doğma torpaqlarımızı azad etdi. Qarabağdakı tarix və mədəniyyət abidələrimiz də düşmənin caynağından xilas olubdur.

Torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra Cənab Prezidentlə birgə Şuşaya, Zəngilana, Laçına, Cəbrayıla, Füzuliyə, Ağdama, Xankəndinə səfərlər edən Mehriban xanım bu torpaqlarımızın yenidən qurulmasına əvəzsiz töhfələr verir. Mehriban xanım bu ərazilərdəki bütün maddi-mədəni, tarixi-dini abidələrimizi bərpa etməkdə, eyni zamanda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın şöhrətini dünyaya təqdim etməkdədir".

Anar Əliyev
Xəbəri paylaş