Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova: “Ümid edirik ki, Ermənistan təxribatlardan çəkinəcək”

Sahibə Qafarova: “Ümid edirik ki, Ermənistan təxribatlardan çəkinəcək”


“Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcək və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcək".

Newscenter.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib. Spikerin sözlərinə görə, bu, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında öz əksini tapıb. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Ermənistanın üç ildən artıq siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

Spiker Sahibə Qafarova xatırladıb ki, bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin ikitərəfli görüşü olub. Sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası üzrə görüşlər barədə əldə edilmiş razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər.

Süleyman
Xəbəri paylaş