EkoAvrasiya Vəqfinin İdarə Heyətinin sədri Hikmət Eren Türkiyə Böyük Millət Məclisinin Konyadan olan deputatı, eyni zamanda Türkiyə-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq qrupunun rəhbəri Orhan Erdemlə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Hikmet Eren özü verib. Bildirib ki, görüş zamanı Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında iqtisadi, sosial və mədəni əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
Həmçinin, görüşdə Türk dünyasında baş verən son proseslər dəyərləndirilib.
Süleyman